Ukraynada müharibədə ölən uşaqların sayı 145-ə çatıb

   Ukraynada müharibədə ölən uşaqların sayı 145-ə çatıb
  30 Mart 2022    Oxunub:1350
Rusiyanın Ukraynada başlatdığı müharibədə həlak olan uşaqların sayı 145-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, daha 222 uşaq yaralanıb.

Məlumata görə, Kiyevdə 69, Xarkovda - 49, Donetskdə - 54, Çerniqovda - 39, Nikolayda - 30, Luqanskda - 28, Zaporojyedə - 22, Xersonda - 25, Kiyevdə - 16, Sumıda - 16, Jitomirdə - 15 uşaq xəsarət alıb.

Həmçinin, 790 təhsil müəssisəsi bombardman və atəşə tutularaq zərər görüb, onlardan 75-i tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyev şəhərindədir.

AzVision.az



Teqlər: Ukrayna   Uşaq  



Xəbər lenti