Conson Ukraynanı daha ​​ölümcül silahlarla təmin etmək istəyir - KİV

 Conson Ukraynanı daha ​​ölümcül silahlarla təmin etmək istəyir -  KİV
  30 Mart 2022    Oxunub:1065
Böyük Britaniyanın baş naziri Boris Conson Nazirlər Kabinetinin iclasında Ukraynanı daha ölümcül silahlarla təmin etmək istədiyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə “The Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazıb ki, Conson Londonun Kiyevi hansı silahlarla təmin edə biləcəyini dəqiqləşdirməyib. Müdafiə dairələrindəki mənbə isə bildirib ki, Ukraynaya ağır artilleriya da daxil olmaqla uzaq mənzilli atəş gücünə malik silahlar lazımdır. Qəzet yazır ki, bu cür silahlar əlavə təlimlər tələb edə bilər. Bununla yanaşı, Britaniya hökuməti eskalasiyadan çəkinir.

Təchizat variantlarından biri kimi nəşr “AS-90” Vickers özüyeriyən artilleriya qurğusunu qeyd edib. Lakin mənbəyə görə, bu sistemlər artıq köhnəlib.

“Daha nəhəng sistemlər isə ukraynalı hərbçilərin qonşu ölkələrdə təlim keçməsini tələb edəcək”, - məqalədə vurğulanıb.

AzVision.az



Teqlər: Conson   Ukrayna   Silah  



Xəbər lenti