Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Azərbaycanda səfərdədir

   Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Azərbaycanda səfərdədir
  30 Mart 2022    Oxunub:1077
Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Heppi Azərbaycanda səfərdədir.
AzVision.az xəbər verir ki,Heppi Bakıya bir günlük səfərə gəlib. Bu, Britaniya Müdafiə Nazirliyi səviyyəsində Azərbaycana sayca ilk səfərdir.

Səfər çərçivəsində yüksək səviyyəli görüşlər nəzərdə tutulub.

Müzakirə üçün əsas mövzular Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərinin 30-cu ildönümü ərzində Böyük Britaniya-Azərbaycan müdafiə əməkdaşlığının genişləndirilməsi imkanları, Rusiyanın Ukraynaya təcavüzündən sonra davam edən vəziyyət, Ermənistanla münaqişə ilə bağlı həll edilməmiş məsələlər və sülh prosesinin vəziyyəti olacaq.

Nazir, həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edəcək və Şəhidlər Xiyabanını da ziyarət edəcək.

AzVision.az



Teqlər: Britaniya  



Xəbər lenti