Səfir: "Azərbaycan ərazilərindəki Rusiya sülhməramlıları Ukraynaya göndərilməyib"

      Səfir:    "Azərbaycan ərazilərindəki Rusiya sülhməramlıları Ukraynaya göndərilməyib"
  30 Mart 2022    Oxunub:766
Rusiya Azərbaycanla Ermənistanın sülh danışıqlarına başlamasına hər zaman dəstək verməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib. Səfir bildirib ki, Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələr arasında münasibətləri yeni sabit səviyyəyə keçirir.

M.Boçarnikov hər iki ölkənin regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının şəxsi heyətindən heç kim Ukraynaya göndərilməyib.


AzVision.az



Teqlər: Rusiya   Sülhməramlı  



Xəbər lenti