Ukraynada sinaqoqdan hərbi məqsədlər üçün istifadə edilir?- VİDEO

   Ukraynada sinaqoqdan hərbi məqsədlər üçün istifadə edilir?-    VİDEO
  30 Mart 2022    Oxunub:732
Kiyev rejimi nasistləri və onların silahlarını Ukraynanın Uman şəhərindəki sinaqoqda yerləşdirib. AzVision.az xəbər verir ki, belə bir iddia ilə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov çıxış edib.
"Pantsir"in Ukrayna PUA-sını vurma anı - VİDEO
O, xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçilərinin mülki hədəflərə zərbə endirmədiyinə, beynəlxalq humanitar hüquq normalarına zidd olaraq Kiyevin silah və şəxsi heyətin yığılması, daşınması üçün belə obyektlərdən istifadə etməsinə diqqət çəkib.

-Bu gün biz Uman yəhudi icmasının üzvlərindən birindən Zelenski rejiminin şəhər sinaqoqunun binasından hərbi məqsədlər üçün istifadə etdiyinə dair əldə edilmiş sübutları təqdim edirik. Fotolarda görünür ki, martın 21-də, yəni, Zelenskinin Knessetdəki çıxışından bir gün sonra sinaqoqun ərazisində millətçilərlə iki kolonu formalaşdırılıb, - Konaşenkov deyib.

O, əlavə edib ki, millətçilər sinaqoqda saxlanılan silah və sursatları yük maşınlarına yükləyiblər, bundan sonra zibil torbası kimi maskalayıblar. Üzərinə “Uşaqlar” yazılmış məktəb avtobusları isə Ukraynanın qərbindən millətçilərin və muzdluların daşınması üçün istifadə olunub.

Qeyd edək ki, müharibə başlayandan hər iki tərəf döyüşlər zamanı müharibə qanunlarını və beynəlxalq hüquq və humanitar normaları pozmaqda ittiham edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Sinaqoq  



Xəbər lenti