İrpendə cəsədlər də minalanıb - Ukrayna DİN

 İrpendə cəsədlər də minalanıb -    Ukrayna DİN
  30 Mart 2022    Oxunub:1480
"Kiyev vilayətinin azad edilmiş İrpin şəhərində rus işğalçılarının qoyub getdiyi çox sayda mina var. Ona görə də şəhərə qayıtmaq hələ də təhlükəlidir”.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

"Biz çoxlu mina, hətta minalanmış cəsədlər tapırıq. Buna görə də evlərinə qayıtmaq istəyənlərin hamısından böyük bir xahişim var, bir az gözləyin. Sonra rəsmi olaraq bildiriləcək ki, şəhərə daxil ola bilərsiniz”, - o əlavə edib.

Denisenko deyib ki, İrpendə çıxmaqdan imtina edən çoxlu adam qalıb və polis onları zirzəmilərdə axtarır. Həmin şəxsləri təhlükəsiz yerə aparmaq üçün onlarla danışmağa çalışırlar.

Xatırladaq ki, martın 28-də ukraynalı müdafiəçilər İrpin şəhərini rus qüvvələrindən azad ediblər. İrpen meri Aleksandr Markuşinin sözlərinə görə, şəhərin yarısı dağıdılıb.

AzVision.az



Teqlər: İrpen   Mina  



Xəbər lenti