Rusiyalıların yarısı ölkədə həyatın yaxşılaşacağına əmindir- SORĞU

   Rusiyalıların yarısı ölkədə həyatın yaxşılaşacağına əmindir-    SORĞU
  30 Mart 2022    Oxunub:833
"İctimai Rəy Fondu" Rusiyada maraqlı sorğu keçirib. AzVision.az xəbər verir ki, təşkilatın sorğusuna əsasən, rusların demək olar ki, yarısı ölkədə həyatın 3-5 ildən sonra yaxşılaşacağına əminliyini ifadə edib.
Bu ilin martın 20-də təşkil olunan və "Ölkəmizdə həyat üç-beş ildən sonra dəyişəcəkmi - bugünkündən yaxşı olacaq, pis olacaq, ya dəyişməyəcək” başlıqlı sorğuda iştirak edənlərin 49%-i “yaxşı” cavabını verib. 2021-ci ilin dekabr ayının sonunda reallaşan sorğuda isə respondentlərin yalnız 25%-i "yaxşı" variantını seçibmiş.

13% ölkədə həyatın 3-5 ildən sonra daha da pisləşəcəyinə əmindir. (Dekabrda 25% olub-red). Dekabr sorğusunda digər 19% isə bu müddət ərzində ölkədə həyatın dəyişməyəcəyinə inanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti