Hollandiya partiyası Zelenskinin çıxışını dinləməkdən imtina edib

  Hollandiya partiyası Zelenskinin çıxışını dinləməkdən imtina edib
  30 Mart 2022    Oxunub:1170
Hollandiyanın "Demokratiya naminə Forum" partiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə axşamı Hollandiya parlamentindəki onlayn çıxışını dinləməyəcəklərini bəyan edib.
AzVision.az xəbər verir ki, təşkilat qərarını Ukrayna liderini “yarı-müqəddəs"ləşdirməyi və münaqişədə onun tərəfini tutmağı yersiz hesab etməsi ilə əsaslandırıb.

"Zelenskini "yarımmüqəddəs" kimi görmək sadəlövhlük və hətta absurddur. O, bu yaxınlarda ölkənin ən böyük müxalifət partiyası da daxil olmaqla on bir siyasi partiyanın fəaliyyətini qadağan etdi. Tənqidi istiqamətdə fəaliyyət göstərən telekanallar qadağan edildi, digər telekanallar isə 24 saat ərzində təbliğat yayımlamağa məcbur edildi, - holland parlamentarilər qeyd ediblər.

Holland siyasətçilər xatırladıblar ki, Zelenskinin adı xeyli şübhəli maliyyə işlərində, məsələn, Panama sənədlərində də hallanır. Bundan əlavə, onun ordusu tez-tez nasist simvolları ilə pozalar verir.

- Və son zamanlar Ukrayna qoşunlarının zahirən köməksiz görünən rus hərbi əsirlərinə qarşı dəhşətli zorakılıq aktları ilə bağlı sosial şəbəkələrə sızan görüntülər... Bütün bunlar onun bizim parlamentdəki video çıxışını, yumşaq desək, yersiz edir, - partiyanın bəyanatında deyilir.

Xatırladaq ki, cümə axşamı Volodimir Zelenskinin Nümayəndələr Palatasında (Hollandiya parlamentinin aşağı palatası-red) videomüraciətlə çıxışı planlaşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Zelenski   Hollandiya  



Xəbər lenti