Almaniyada illik inflyasiya rekord həddə çatıb: 7,3%

   Almaniyada illik inflyasiya rekord həddə çatıb:    7,3%
  30 Mart 2022    Oxunub:726
Almaniyada inflyasiya rekord həddə çatıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, ölkənin Federal Statistika İdarəsinin (Destatis) yaydığı məlumata görə, Almaniyada mart ayında illik inflyasiya bir ay əvvəlki 5,1%-dən 7,3%-ə yüksəlib.
Bu göstərici Destatisin müşahidələr tarixi üçün rekord sayılır.

Qeyd edək ki, Almaniyada illik inflyasiyanın ən yüksək səviyyəsinə dair göstərici 1992-ci ilin mart-may aylarında müşahidə edilmişdi. O zaman bu rəqəm 6,2% təşkil edirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya  



Xəbər lenti