Baydenlə Zelenski arasında telefon danışığı olub - YENİLƏNİB

 Baydenlə Zelenski arasında telefon danışığı olub -  YENİLƏNİB
  30 Mart 2022    Oxunub:1854
ABŞ prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışığı olub.
AzVision.azxəbər verir ki, bu barədə Zelenski “Twitter”də yazıb.

“ABŞ prezidenti Co Baydenlə bir saatlıq söhbəti yenicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Biz konkret müdafiə dəstəyi, gücləndirilmiş sanksiyalarların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- Ukraynanın dövlət başçısı edib.

***
ABŞ prezidenti Co Baydenin ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı olacaq.


AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, liderlər arasında telefon söhbəti bu gün ABŞ vaxtı ilə 14:45-də baş tutacaq.

Tərəflər ABŞ-ın Ukraynaya dəstəyini müzakirə edəcək.

AzVision.az




Teqlər: Bayden   Zelenski  



Xəbər lenti