Putin və Şolz İstanbul danışıqlarını müzakirə edib

  Putin və Şolz İstanbul danışıqlarını müzakirə edib
  30 Mart 2022    Oxunub:1576
Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolz arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının növbəti raundu ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əlavə, toqquşma bölgələrindən, ilk növbədə Mariupoldan mülki əhalinin təhlükəsiz təxliyəsinin təmin edilməsi məsələləri də nəzərdən keçirilib.

AzVision.az



Teqlər: Putin   Şolz  



Xəbər lenti