Lavrov İstanbul görüşünü müsbət irəliləyiş adlandırıb

   Lavrov İstanbul görüşünü müsbət irəliləyiş adlandırıb
  30 Mart 2022    Oxunub:786
“Martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını irəliləyiş kimi qiymətləndirmək olar”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz dünən İstanbulda keçirilən danışıqların nəticələrini müsbət irəliləyiş kimi qiymətləndiririk. Lakin bu, hələ ki, yekun nəticə deyil", - nazir əlavə edib.

Xatırladaq ki, dünən İstanbulda baş tutandanışıqlarının növbəti raundu təxminən üç saat davam edib. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edib. Danışıqların yekunları üzrə o bildirib ki, Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyi əhəmiyyətli dərəcədə azaldır. Medinski, həmçinin bildirib ki, prezidentlər Vladimir Putin və Vladimir Zelenski arasında görüş iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması ilə eyni vaxtda mümkündür.

AzVision.az




Teqlər:



Xəbər lenti