Ermənilər Neo-ASALA terror təşkilatı yaradıb

Ermənilər Neo-ASALA terror təşkilatı yaradıb
  14 Aprel 2014    Oxunub:1667
Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİDMER) sədri Göksel Gülbey bildirib ki, ermənilərin ASALA terror təşkilatına bənzər yeni bir qurum yaradıla bilər.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Dərnəkdə mətbuat konfransı keçirən Gülbəy deyib ki, 2011-ci ildə qurulduğu iddia edilən Amerika Erməni Legionu bu günlərdə xüsusilə Suriyaya orada yaşayan erməniləri qorumaq üçün qeyri-leqal yolla öyrədilən erməni əsgərləri göndərib: “Qondarma Dağlıq Qarabağ Parlamentinin millət vəkili, Qarabağ müharibəsində komandir kimi iştirak etmiş Vahan Badasyan Suriyada erməni birliyinin idarə edir. ASALA-nın yerində yaradılan Neo-ASALA Suriyada `erməniləri qorumaq` adı altında tədris düşərgələri qurub”.

Dərnək sədri vurğulayıb ki, Neo-ASALA üzvləri ABŞ-dan başqa Rusiya və Livanda təşkilatlanıb: “Türkiyə düşməni olan bütün ölkələr bu təşkilata dəstək verir. Onlar tədris düşərgələrində silahdan istifadə, atıcılıq, asfaltın altına bomba quraşdırmaq və s.-i öyrənirlər. Bu təşkilatı Türkiyədəki siyasi partiyalar arasında da dəstəkləyən var ki, tezliklə bu barədə sənədləri açıqlayacağıq”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti