Brüs Uillis xəstəliyinə görə karyerasını bitirir

 Brüs Uillis xəstəliyinə görə karyerasını bitirir
  30 Mart 2022    Oxunub:1519
Məşhur amerikalı aktyor Brüs Uillis nitq pozğunluğu ilə nəticələnən afaziya xəstəliyinə görə karyerasını bitirir.
AzVision.az xəbər verir ki, bu barədə aktyorun qızı Rumer Uillis “İnstaqram”da yazıb.

Aktyorun qızı qeyd edib ki, atasının səhhətində problemlər yaranıb və ona afaziya diaqnozu qoyulub.

"Buna görə və uzun müzakirələrdən sonra Brüs karyerasını bitirir ki, bu da onun üçün asan deyil", - Rumer yazıb.

Son günlər 67 yaşı tamam olan aktyorun səhhətində problemlərin yaranması ilə məlumatlar yayılmağa başlamışdı.

AzVision.az



Teqlər: Brüs-Uillis  



Xəbər lenti