Ruslar Ukraynada ağır itkilər verir - Baş Qərargah

   Ruslar Ukraynada ağır itkilər verir -    Baş Qərargah
  30 Mart 2022    Oxunub:1276
“Rus işğalçıları Ukraynada böyük itkilər verirlər”. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, martın 28-də 83-cü hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Onların sayı təxminən 200 nəfərdir”, - açıqlamada vurğulanıb.

Baş Qərargah bəyan edib ki, düşmən uzunmüddətli saxlanma yerindən çıxarılan texnikanın döyüşə daxil edilməsində ciddi çətinliklər yaşayır: "Belə ki, mövcud məlumata görə, 150-ci motoatıcı diviziyasının 163-cü tank alayında xeyli sayda nasaz texnika aşkar edilib. Düşmən nasaz texnikanın bərpası üçün onları xüsusi nəqliyyatın köməyi ilə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinə daşınması imkanlarını nəzərdən keçirir".

AzVision.az



Teqlər: Ukrayna   Müharibə  



Xəbər lenti