Slovakiya Rusiya səfirliyinin diplomatlarını yarıya qədər azaldır

Slovakiya Rusiya səfirliyinin diplomatlarını yarıya qədər azaldır
  30 Mart 2022    Oxunub:863
Slovakiya hökuməti Rusiya səfirliyindən əməkdaşlarının sayını 35-ə qədər azaltmağı tələb edir.
AzVision.az xəbər verir ki, bu barədə Slovakiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb rusiyalı diplomatların Vyana konvensiyasına zidd fəaliyyət göstərməsidir.

Slovakiya mediası bu addımla Rusiya səfirliyində əməkdaşların sayının yarıya qədər azalacağını yazıb.

Xatırladaq ki, Slovakiya martın 14-də də Rusiya səfirliyinin 3 əməkdaşını məxfi xidmətdən aldığı məlumat əsasında ölkədən çıxarıb.

AzVision.az



Teqlər: Rusiya   Diplomat  



Xəbər lenti