“Bursa-2022” türk dünyasının mədəniyyət paytaxtının açılışı olub
Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar, eləcə də Qırğızıstan mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, ŞKTR-nin Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərliyi ilə nümayəndə heyətləri qonaqlar arasında olublar.
Mərasimdə Türkmənistan Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstan isə İstanbuldakı Baş konsulu Laszlo Keller səviyyəsində təmsil olunub.
Rəsmi açılışda Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Bursa valisi Yakup Canpolat, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Böyük Millət Məclisinin deputatı Binəli Yıldırım və başqaları çıxış ediblər. Çıxışlarda “Türk dünyası mədəniyyət paytaxtı layihəsi” ortaq milli sərvətimiz kimi dəyərləndirilib.
Sonra türk dünyasının sənətçilərinin iştirakı ilə zəngin bədii proqram olub.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası martın 31-də Bursa şəhərində keçiriləcək. İclasda təşkilati və cari məsələlərə baxılacaq.
AzVision.az
Teqlər: Bursa







Vaxtında, Aydın, Lazımlı!


