Qeyd edilir ki, Norveçdən Erik Mese, Bosniya və Herseqovinadan Jasminka Jumhur (İnsan Haqları üzrə Ombudsman-red.) və Kolumbiyadan Pablo de Qreyfa komissiyanın müstəqil üzvləridir. Komissiyaya Mese rəhbərlik edəcək. O, Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş sədri və Norveç Ali Məhkəməsinin keçmiş hakimidir.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan xeyli sayda hərbi cinayətlər və beynəlxalq humanizm prinsiplərinin pozulması halları aşkarlanıb.
Tural Tağıyev
AzVision.az