Pentaqon rusların Çernobıldan çıxmasını təsdiqləyib

   Pentaqon rusların    Çernobıldan    çıxmasını təsdiqləyib
  31 Mart 2022    Oxunub:740
Rusiya hərbi qüvvələrinin bir hissəsi Çernobıl Atom Elektrik Stansiyasından (AES) çıxarılıb. Bu barədə CNN Pentaqondakı mənbəsinə istinadla məlumat yayıb.
"Rusların Ukrayna AES-lərindən çıxarılmasına müxtəlif səviyyələrdə baxılmalıdır"
Qeyd edək ki, bu xüsusi qorunan strateji və beynəlxalq əhəmiyyətli obyekt fevralın sonunda, Rusiya hərbçilərinin Ukraynaya daxil olmasının ilk günlərində Moskvanın nəzarətinə keçmişdi. Bu hal isə Çernobıl qadağan olunmuş zonasında təhlükəsizlik standartları ilə bağlı narahatlıqları artırmışdı.

Maraqlıdır ki, Rusiya qoşunlarının Çernobıl yaxınlığından və Kiyev ətrafından başqa yerlərə daşınması halları Rusiya Müdafiə Nazirliyinin "deeskalasiya" bəyanatından sonra baş verib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ukrayna   Çernobıl  



Xəbər lenti