"Putin Türkiyəyə səfər edəcək" - Çavuşoğlu
Nazir Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşünə diqqət çəkərək növbəti görüşün Sergey Lavorv və Dmitro Kuleaba arasında keçiriləcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə, bundan sonra Ukrayna prezidenti Volodomir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi ehtimal olunur.
Nazir görüşlərin dəqiq tarixinin müəyyənləşmədiyini deyib, lakin bunun bir-iki həftə ərzində baş tuta biləcəyini istisna etməyib.
O, tərəflərin bir-birinin ittiham etməsini vurğulayaraq hər iki tərəfdə döyüşən muzdluların olduğunu açıqlayıb.
Çavuşoğlu Vladimir Putinin Türkiyəyə səfərini gözlədiklərini, bunun tarixini rəsmi Moskvanın təyin edəcəyini söyləyib.
AzVision.az
Teqlər: Çavuşoğlu







Vaxtında, Aydın, Lazımlı!


