Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqlayıb

Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqlayıb
  31 Mart 2022    Oxunub:819
Rusiya ordusunun fevralın 24-dən bu yana Ukraynada başlatdığı müharibədəki itkiləri açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, martın 30-na olan məlumata görə, Rusiya qoşunları indiyədək 17 500 nəfər canlı qüvvəsini itirib.

Bundan əlavə, bu gün səhər saatlarına olan məlumata görə, Rusiya ordusu 614 tankı, 1735 zirehli döyüş maşını, 311 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 135 hərbi təyyarəsi, 131 helikopteri, 1201 avtomobil texnikası, 7 gəmi/kateri, 75 yanacaq çəni, 83 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 22 xüsusi avadanlığı məhv edilib.

AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Müharbə  



Xəbər lenti