Türkiyə Ukraynaya hərbçi göndərməyəcək

    Türkiyə Ukraynaya hərbçi göndərməyəcək
  31 Mart 2022    Oxunub:1038
Türkiyə hərbçilərini Ukraynaya göndərmək fikrində deyil.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Ahaber”ə müsahibəsində bildirib.

"Ukraynanın Türkiyənin qarant olmasını tələb etməsi Türkiyəyə olan etibarın sübutudur. Türkiyənin öz əsgərlərini göndərəcəyi ilə bağlı şərhlər isə reallığa uyğun gəlmir", - o vurğulayıb. Nazir hər iki tərəfdə döyüşən muzdluların olduğunu bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Ukrayna  



Xəbər lenti