Çin bəzi ABŞ rəsmilərinə viza verməyəcək

Çin bəzi ABŞ rəsmilərinə viza verməyəcək
  31 Mart 2022    Oxunub:765
Çin hakimiyyəti cavab olaraq bir sıra ABŞ rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

“ÇXR-in suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq, habelə ölkə vətəndaşlarının qanuni hüquq və mənafelərini qorumaq məqsədilə insan haqları məsələsində yalanlar yayan və Çinin maraqlarına xələl gətirən bəzi ABŞ rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlib”, - diplomat bildirib.

AzVision.az


Teqlər: Çin  



Xəbər lenti