Saytlar Daxili İşlər Nazirliyinə istinad ediblər.
- Ukrayna Milli Qvardiyasının bölmələri ötən sutka ərzində Kiyev istiqamətində rus işğalçıları ilə döyüşlər zamanı düşmənin cəmləşdiyi mövqeləri atəşə tutub. DİN-nin yaydığı məlumata görə, "Kiyev istiqamətində artilleriya bölmələrimiz iki özüyeriyən artilleriya qurğusunu, çoxsaylı reaktiv yaylım atəş sistemini, düşmənin onlarla zirehli texnikasını məhv edib".
Daxili İşlər Nazirliyi qeyd edir ki, Rusiya qoşunlarının Ukraynaya yeridilməsinin ilk günlərindən qvardiyaçılar bütün istiqamətlərdə Kiyevin müdafiəsində fəal iştirak ediblər, - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az