"Ermənistanı ehtiyatlı davranmağa çağıracağam" - ATƏT sədri

   "Ermənistanı ehtiyatlı davranmağa çağıracağam" -    ATƏT sədri
  31 Mart 2022    Oxunub:793
"ATƏT Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə və dialoqa töhfə verməyə hazırdır".
AzVision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Cənubi Qafqazda sülhün bərpa olunması ilə bağlı Ermənistanı ehtiyatlı davranmağa çağıracağam. Biz itkinlərin taleyinin həlll edilməsi, demarkasiya prosesinə də töhfə verməyə hazırıq. Bizim əsas məqsədimiz uzunmüddətli sülhü təmin etməkdir”, - o vurğulayıb.

AzVision.az



Teqlər: ATƏT-sədri  



Xəbər lenti