Ukraynadan Polşaya 320 min dollar keçirmək istədi - FOTOLAR

   Ukraynadan Polşaya 320 min dollar keçirmək istədi -    FOTOLAR
  31 Mart 2022    Oxunub:1343
Ukraynada maraqlı cinayət hadisəsi baş verib. AzVision.az xəbər verir ki, Volın gömrükçüləri Ukrayna vətəndaşının ölkədən qanunsuz şəkildə çıxarmağa çalışdığı 320 min dolları müsadirə edib.
Ukrayna Dövlət Gömrük Xidmətinin yaydığı məlumata görə, pullar Gömrük-sərhəd nəzarəti zamanı Yaqodin keçid məntəqəsində Volınsk vilayəti sakinində aşkarlanıb.

- Sürücü xüsusi qaydada qablaşdırılmış əskinas bağlamalarını avtomobilin müxtəlif yerlərində, ilkin tibbi yardım çantasında, şəxsi gigiyena paketində və hətta paltarının altında belə gizlədib.
Artıq xarici valyutalar müsadirə edilib. O, NBU-nun xüsusi hesabına köçürüləcək və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunacaq, - məqalədə yazılıb.





Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Gömrük  



Xəbər lenti