"Avropa İttifaqı yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir"

   "Avropa İttifaqı yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir"
  31 Mart 2022    Oxunub:847
"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bugünkü görüş zamanı betnəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq geniş müzakirə predmeti olub.

“Aİ ilə yeni sazişin yaxın zamanda tamamlanması gözlənilir. Polşa qurumun üzvü olaraq Aİ-Azərbaycan əməkdaşlığına töhfə verir”, - nazir əlavə edib.

AzVision.az



Teqlər: Ceyhun-Bayramov    



Xəbər lenti