Usikdən sonra Kliçko da Ukraynanı tərk etdi

        Usikdən sonra Kliçko da Ukraynanı tərk etdi
  31 Mart 2022    Oxunub:956
Vladimir Kliçko Ukraynanı tərk edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirirli ki, o, Ukraynaya diplomatik sahədə yardım edəcək.
- Keçmiş ağır çəkili dünya çempionu Vladimir Kliçko bir aydan çox Kiyevdə olub. O, qardaşı Vitaliyə paytaxtın müdafiəsində kömək edib.

Amma qardaşı Vitali İnstagram səhifəsində yazıb ki, Vladimirin beynəlxalq aləmdə yüksək nüfuzundan yararlanmağın vaxtı çatıb. Bu səbəbdən də Vladimir yüksək vəzifəli şəxslərlə görüşmək üçün nümayəndə heyətinin tərkibində Almaniyaya gedib.



Xatırladaq ki, bir müddət öncə Vladimir Kliçko digər dünyaca məşhur ukraynalı boksçu Aleksandr Usikin müharibə zamanı ölkəni tərk etməsinə reaksiya vermişdi. O, Ukrayna tarixinin ən yaxşı boksçularından biri olan Usikin qərarını dəstəklədiyini bəyan etmişdi. Kliçko belə hesab edib ki, bu cür addım ölkə üçün daha yaxşıdır.


Tural Tağıyev
AzVision.az




Teqlər: Ukrayna   Kliçko  



Xəbər lenti