“Erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmalıdır” - Ərdoğan

   “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmalıdır” -    Ərdoğan
  31 Mart 2022    Oxunub:1010
“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib.

“Orada Azərbaycana hücum olduğu üçün müdafiə reaksiyası olub. Əsas budur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin", - Türkiyə lideri əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti