"Ukrayna NATO-ya və Aİ-yə üzvlüklə bağlı israrlı mövqe nümayiş etdirmir" - Ərdoğan

   "Ukrayna NATO-ya və Aİ-yə üzvlüklə bağlı israrlı mövqe nümayiş etdirmir" -    Ərdoğan
  31 Mart 2022    Oxunub:912
"Ukrayna, xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əslində Ukraynanın Avropa İttifaqı məsələsində çox israrlı olacağını düşünmürəm. Çünki bu prosesdə bəziləri xaric Aİ-yə üzv olan dövlətlər ciddi yanaşmırlar. Bütün bunlara baxmayaraq, mən cənab Putinin Ukraynanın Avropa İttifaqına daxil olmasına müsbət münasibətini öyrəndim və eşitdim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Görüş zamanı ondan bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək", - Ədoğan söyləyib.

Əlavə edib ki, Türkiyə Ukraynanın təhlükəsizliyini təmin etmək üçün qarant ölkələrdən biri ola bilər: "Buna müsbət baxırıq, lakin təbii ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir.


AzVision.az



Teqlər: Ərdoğan  



Xəbər lenti