Gürcüstanda torpaq sürüşməsi, 10-dan çox ev dağılıb

Gürcüstanda torpaq sürüşməsi,    10-dan çox ev dağılıb
  31 Mart 2022    Oxunub:1587
Gürcüstanın İmereti bölgəsinin Çiatura rayonunda torpaq sürüşməsi baş verib.
AzVision.az xəbər verir ki, nəticədə İtxvisi kəndində 11 ev dağılıb. Yerli əhalinin sözlərinə görə, torpaq sürüşməsinə ərazidə aparılan dağ-mədən qazma işləri səbəb olub.

Bildirilir ki, ölkənin ən böyük şirkəti olan “Gürcü Manqan” şirkəti kəndin ərazisindən manqan çıxarır. Kimyəvi elementin çıxarıldığı ərazidə çökmələr və torpaq sürüşməsi baş verib. Son günlər bölgədə yağan leysan yağışları sürüşməni daha da sürətləndirib.

AzVision.az



Teqlər: Gürcüstan  



Xəbər lenti