Cənubi Koreya prezidenti KXDR-in raketinə görə müdafiəni gücləndirir
- Mən sizdən müdafiə imkanlarınızı cəmləşdirmənizi, ən kiçik "çatların" (müdafiədə - red.) belə qarşısını almaq üçün hər şeyi etməyinizi xahiş edirəm. Xüsusən də indi, administrasiyanın dəyişməsi və Şimali Koreyanın vəziyyəti daha da ağırlaşdıran hərəkətləri səbəbindən müdafiədə boşluqlar yarana biləcəyi bir vaxtda, - prezident 75 briqada generalına qılıncların təqdim edilməsi mərasimində deyib.
Xatırladaq ki, martın 24-də Şimali Koreya Yaponiya dənizinə doğru yeni qitələrarası ballistik raketi (Hwaseong-17-red.) buraxdı və bununla da Pxenyanın 2017-ci ildən riayət etdiyi könüllü moratoriumunu pozdu. Müxtəlif mənbələrə görə, Şimali Koreya tezliklə nüvə sınağı keçirə bilər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


