ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri koronavirusa yoluxdu

   ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri koronavirusa yoluxdu
  31 Mart 2022    Oxunub:1013
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns koronavirusa yoluxub.
AzVision.az xəbər verir ki, bu barədə MKİ-nin mətbuat xidməti məlumat yayıb.

65 yaşlı MKİ rəhbərinin tam doza peyvənd olunduğu bildirilir.

Qeyd olunur ki, Börns ötən gün prezident Co Baydenlə görüşdə maska taxıb, sosial məsafəyə riayət edib. Görüş zamanı yoluxmaya şərait yaranmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti