Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verib

Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verib
  01 Aprel 2022    Oxunub:1578
Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib.
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi təsdiq edib. Bundan əvvəl Qrossinin Ukraynaya gəldiyi barədə xəbər verilib. Baş direktorun təşkilatın planlaşdırdığı texniki yardımla bağlı yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlara cəlb ediləcəyi gözlənilir.

Müzakirə ediləcək mövzulara həyati əhəmiyyətli təhlükəsizlik ləvazimatlarının çatdırılması daxildir. Həmçinin, MAQATE Ukraynanın nüvə obyektlərinə yardım üçün xüsusi planlar hazırlayıb.

AzVision.az


Teqlər: ÇernobılAES  



Xəbər lenti