Ukrayna helikopterləri Rusiya ərazisindəki neft bazasını vurub

   Ukrayna helikopterləri    Rusiya ərazisindəki neft bazasını vurub
  01 Aprel 2022    Oxunub:1698
Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopter Rusiyanın Belqorod şəhərindəki neft bazasına zərbələr endirib, nəticədə yanğın baş verib. AzVision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib. Onun sözlərinə görə, Moskva vaxtı ilə saat 05:51-də Belqorodda, Konstantin Zaslonov küçəsi 90, "Belqorodnefteprodukt" ASC-də yanğın olması barədə məlumat daxil olub.
Yanğın neft anbarındakı yanacaq çənlərini bürüyüb. Nəticədə iki fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür.

AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti