"Belqoroddakı yanğına görə yanacaq çatışmazlığı olmayacaq" - Qubernator

"Belqoroddakı yanğına görə yanacaq çatışmazlığı olmayacaq" -    Qubernator
  01 Aprel 2022    Oxunub:829
"Belqoroddakı neft anbarında baş verən yanğın səbəbindən yanacaq çatışmazlığı olmayacaq. Hakimiyyət yanacaqdoldurma məntəqələri üçün logistika zəncirlərini dəyişdirir". AzVision.az xəbər verir ki, bunu vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.
Qladkov bu gün Belqoroddakı neft bazasında baş verən yanğın barədə məlumat yayıb. Onun sözlərinə görə, 2 nəfər müəssisənin işçisi xəsarət alıb. Bazaya yaxın yaşayanlar isə "Belqorod Arena"ya yerləşdiriləcəklər. Onlar yalnız yanğın tam söndürüldükdən sonra evlərinə qayıda biləcəklər. Qladkovun sözlərinə görə, yanğına aşağı hündürlükdə Rusiya hava məkanına daxil olan iki Ukrayna helikopterinin zərbəsi səbəb olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti