Çerniqov və Kiyev raket hücumlarına məruz qalır - Britaniya kəşfiyyatı

Çerniqov və Kiyev raket hücumlarına məruz qalır -    Britaniya kəşfiyyatı
  01 Aprel 2022    Oxunub:937
Rusiyanın aktivliyin azaldığını iddia etməsinə baxmayaraq, Çerniqov və Kiyev daimi hava və raket zərbələri altındadır.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatının məlumatında deyilir.

Aprelin 1-nə olan məlumata görə, Britaniya kəşfiyyatı həm Çerniqovun, həm də paytaxtın rusların davamlı hava və raket hücumlarından əziyyət çəkdiyini qeyd edir.

"Ukrayna, həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumlar həyata keçirməyə davam edib. Ukrayna qüvvələri Çerniqovun cənubundakı Sloboda və Lukaşovka kəndlərini geri alıb və bu, şəhərlə Kiyev arasında əsas təchizat yollarından birinin kənarında yerləşir", - məlumatda deyilir.

AzVision.az



Teqlər: Ukrayna   Müharibə  



Xəbər lenti