Çerniqov və Kiyev raket hücumlarına məruz qalır - Britaniya kəşfiyyatı
Aprelin 1-nə olan məlumata görə, Britaniya kəşfiyyatı həm Çerniqovun, həm də paytaxtın rusların davamlı hava və raket hücumlarından əziyyət çəkdiyini qeyd edir.
"Ukrayna, həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumlar həyata keçirməyə davam edib. Ukrayna qüvvələri Çerniqovun cənubundakı Sloboda və Lukaşovka kəndlərini geri alıb və bu, şəhərlə Kiyev arasında əsas təchizat yollarından birinin kənarında yerləşir", - məlumatda deyilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


