Ukraynada müharibədə 153 uşaq ölüb

   Ukraynada müharibədə 153 uşaq ölüb
  01 Aprel 2022    Oxunub:994
Rusiyanın Ukraynada başlatdığı müharibədə həlak olan uşaqların sayı 153-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, daha 245 uşaq yaralanıb.

“Rusiya Federasiyasının silahlı təcavüzü başlayandan bəri Ukraynada 400-ə yaxın uşaq əziyyət çəkib. Onlardan 153-ü həlak olub, 245-dən çoxu isə yaralanıb”, - açıqlamada deyilir.

Məlumata görə, Kiyev vilayətində 73, Donetskdə - 65, Xarkovda - 53, Çerniqovda - 43, Nikolayda - 30, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda 16, Sumıda - 16, Jitomirdə - 15 uşaq xəsarət alıb.

Ukraynada bombardman və top atəşləri nəticəsində 859 təhsil müəssisəsi zərər görüb, onlardan 83-ü tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Jitomir, Çerniqov və Kiyev vilayətindədir.

AzVision.az




Teqlər: Ukrayna   Uşaq  



Xəbər lenti