Rusiya XİN: "NATO Ukraynada odla oynayır"

      Rusiya XİN:    "NATO Ukraynada odla oynayır"
  01 Aprel 2022    Oxunub:1871
NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayırlar". Alyansın 40 min hərbçisi yüksək döyüş hazırlığındadır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlıq departamentinin direktoru Nikolay Kobrinets yerli mediaya müsahibəsində deyib.

- Daha çox narahatlıq yaradan məqam isə NATO ölkələrindən Ukraynaya hərbi təchizatın olmasıdır. Onlar odla oynayırlar, - Kobrinets deyib.

Diplomat alyansın şərq cinahının gücləndirilməsinə də işarə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Rusiya  



Xəbər lenti