Nikolayevdə raket hücumunda ölənlərin sayı 24-ə çatıb

Nikolayevdə raket hücumunda ölənlərin sayı 24-ə çatıb
  01 Aprel 2022    Oxunub:1244
“Rusiya ordusunun atdığı raketin Nikolayev Vilayət Dövlət Administrasiyasının binasına düşməsi nəticəsində xilasetmə və axtarış əməliyyatı nəticəsində 23 nəfərin cəsədi dağıntılar altından çıxarılıb".
AzVision.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Aprelin 1-nə olan məlumata görə, düşmən raketinin Nikolayev Vilayət Dövlət Administrasiyasının binasına düşməsi və onun dağıdılması nəticəsində 24 nəfər həlak olub. Xilasedicilər dağıntılar altından 23 nəfərin cəsədini çıxarıb, 1 nəfər xəstəxanada ölüb”, - məlumatda deyilir.

Xilasetmə işləri davam edir.

Xatırladaq ki, martın 29-da saat 08:45 radələrində Nikolayevdə Rusiya raketinin Vilayət Dövlət Administrasiyasının doqquzmərtəbəli inzibati binasına düşməsi nəticəsində 9 mərtəbəli bina dağılıb.

AzVision.az





Teqlər:



Xəbər lenti