Britaniya Ukraynanı sülhə tələsməməyə çağırıb - "Times"
Hökumətdəki yüksək səviyyəli mənbə müttəfiqlərin erkən sülhə həddən artıq can atmasından narahat olduqlarını bildirib və əlavə edib ki, yalnız Ukrayna ən güclü mövqedə olanda nizamlanma əldə edilməlidir.
Daha əvvəl Boris Conson prezident Vladimir Zelenski ilə telefon danışığı zamanı xəbərdarlıq edib ki, Putin yalançıdır və o müzakirələrdən güzəştə getmək üçün istifadə edəcək.
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında müharibəyə son qoyulması üzrə danışıqların növbəti raundu aprelin 1-də videokonfrans vasitəsilə keçiriləcək.
Bundan əvvəl martın 29-da İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar olub. Ukrayna nümayəndə heyəti öz təkliflərini və müharibənin başa çatması ilə bağlı fikirlərini çatdırıb. Söhbət xüsusən də Rusiya Federasiyasının və bir sıra Qərb ölkələrinin iştirakı ilə təhlükəsizlik təminatlarından gedir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


