Borrell Rusiyanın sanksiyalarından təəssüflənir

Borrell Rusiyanın sanksiyalarından təəssüflənir
  01 Aprel 2022    Oxunub:1800
"Avropa İttifaqı Rusiyanın qurumun liderlərinə qarşı əks-sanksiyalar tətbiq etməsindən və onlara etiraz etmək üçün hüquqi imkanın olmamasından təəssüflənir".
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bəyanatında deyilir.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya hakimiyyətinin quruma üzv ölkələrin bir sıra vətəndaşlarının, o cümlədən Aİ və üzv dövlətlərin rəhbərliyi və parlamentlərinin nümayəndələrinin Rusiya Federasiyasının ərazisinə girişinə qadağa qoyması barədə qərarından təəssüflənir.

"Rusiyanın əks-sanksiyalarından fərqli olaraq, Aİ-nin qadağaları açıq şəkildə dərc olunur, aydın meyarlara əsaslanır və onlara etiraz etmək üçün hüquqi imkanlar təmin edir", - Borrell deyib.

O əlavə edib ki, ictimaiyyət Rusiyadan "denasifikasiya və demilitarizasiya əməliyyatına son qoyulmasını, Ukraynadan bütün qüvvə və silahların dərhal və qeyd-şərtsiz" çıxarılmasını və bu ölkənin "beynəlxalq miqyasda suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edilməsi tələbində qalır.

AzVision.az




Teqlər:   Rusiya  



Xəbər lenti