Ukrayna Rusiyanın müharibədəki yeni itkilərini açıqlayıb

   Ukrayna Rusiyanın müharibədəki yeni itkilərini açıqlayıb
  01 Aprel 2022    Oxunub:1106
Rusiya ordusu fevralın 24-dən aprelin 1-dək Ukraynada artıq 17 700 nəfər canlı qüvvəsini itirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Həmçinin, Rusiya qüvvələrinin 626 tankı, 1751 zirehli döyüş maşını, 316 artilleriya sistemi, 96 RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 təyyarə, 131 helikopter, 1220 avtomobil texnikası, 7 ədəd gəmi/kater, 85 PUA - 85, 24 ədəd xüsusi texnikası, 4 operativ-taktiki raket kompleksi məhv edilib.


AzVision.az





Teqlər: Rusiya   İtki  



Xəbər lenti