Putin və Lukaşenko Ukraynanı müzakirə edib

Putin və Lukaşenko Ukraynanı müzakirə edib
  01 Aprel 2022    Oxunub:1217
Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefonla danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ətrafındakı vəziyyəti, həmçinin Minsk və Moskva arasında münasibətlərin inkişafını müzakirə ediblər.

"Aleksandr Lukaşenko və Vladimir Putin ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Ukrayna ətrafında durum ayrıca söhbət mövzusuna çevrilib", - məlumatda deyilir.

Söhbət zamanı liderlər digər qarşılıqlı fəaliyyət məsələlərinə də toxunublar.

AzVision.az



Teqlər: Putin   Lukaşenko  



Xəbər lenti