Fransa Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb

Fransa Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb
  01 Aprel 2022    Oxunub:736
Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin tətbiqinə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə o, Tallində brifinqdə deyib.

Nazir yeni sanksiyalar paketinin məzmununun yaxın günlərdə Aİ tərəfindən müəyyən ediləcəyini söyləyib.

"Biz düşünürük ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi zəruridir. Bu, Versal sammitində, eləcə də Aİ ölkələrinin son iclasında qərara alınıb. Onların məzmunu yaxın günlərdə müəyyənləşəcək”, - Le Drian əlavə edib.

AzVision.az



Teqlər: Fransa-XİN  



Xəbər lenti