Rusiya Ukraynada 10 milyard dollardan çox hərbi texnika itirib - MN

   Rusiya Ukraynada 10 milyard dollardan çox hərbi texnika itirib -    MN
  01 Aprel 2022    Oxunub:918
Rusiya Ukraynada 10 milyard dollardan çox hərbi texnika itirib. AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi “Telegram”da məlumat yayıb.
"Qoşunların və qüvvələrin yaxşı əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti sayəsində düşmənin artıq 10 milyard dollardan çox hərbi texnikası məhv edilib", - məlumatda deyilir.

Qeyd olunub ki, ən bahalı texnikaların adları arasında dəyəri 3 milyon dollara qədər olan T-90M "Vladimir" tankı, 15 milyon dollar dəyərində "Pantsir" C-1 özüyeriyən zenit silah sistemi var. Bu komplekslərdən biri Nikolayev vilayətinin Baştanka şəhərində məhv edilib. Bundan əlavə, vurulmuş “Ka-52” helikopterinin qiyməti 16 milyon dollara çatır. Fevralın 24-də belə bir helikopter Mejiqorem üzərində, digərləri mart ayında Kiyev vilayətinin Buçanski rayonunda, Nikolayev və Zaporojedə vurulub.

27 milyon dollar dəyərində olan "İl-76" hərbi-nəqliyyat təyyarəsi desant qüvvələri ilə birlikdə vurulduğu məlumdur.

Məhv edilən silahlar arasında 65 milyon dollar dəyərində olan müasir Su-35 S qırıcısı, 100 milyon dollar dəyərində "İskəndər-M" də var. Bundan əlavə, martın 24-də Berdyansk limanında dəyəri 100 milyon dollardan çox olan nəhəng "Saratov" desant gəmisi məhv edilib.

Rusiyanın canlı qüvvə itkisi 17 700 nəfərdir.

AzVision.az



Teqlər:



Xəbər lenti