Putinlə Ərdoğan arasında telefon danışığı başa çatıb

   Putinlə Ərdoğan arasında telefon danışığı başa çatıb
  01 Aprel 2022    Oxunub:1295
Aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbul görüşlərinin nəticələri müzakirə edilib.

Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını, dialoqun davam etdirilməsinin vacib olduğunu deyib.

Vladimir Putin öz növbəsində Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

****
18:09
Rusiya Prezidenti Vladimir Putin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.

AzVision.az "TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, Putin bu gün bir sıra xarici rəsmi şəxslə telefonla danışacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti