Cihada gedənləri 30 il həbs gözləyir
Kralın qərarına görə, “radikal dini baxışları olan və ya dini qruplaşmanın tərkibində olmaq”, eləcə də “ölkədən kənarda silahlı münaqişələrdə iştirak etmək” cinayət sayılır.
Eyni zamanda qərara görə, ölkədəki dini təşkilat və qrupların siyahısı hazırlanıb krala təqdim edilməlidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Suriyada 1200-ə yaxın bu ölkənin vətəndaşı vuruşur.