"Ukrayna Zelenski-Putin görüşünə hazırdır" - Kuleba

   "Ukrayna Zelenski-Putin görüşünə hazırdır" -    Kuleba
  01 Aprel 2022    Oxunub:1507
"Biz Türkiyə prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Tam səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün olub. Bu birmənalı müsbət qərardır".
AzVision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirilən brifinqdə deyib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyədə Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında keçirilən danışıqlarda “düzgün ab-hava” yaratdığını bildirib.

“Türk diplomatiyasının bu uğurlarını nəzərə alsaq, o, Türkiyədə Zelenski və Putin arasında görüş təşkil edə bilsə, biz bu təşəbbüsü yalnız alqışlayacağıq”, - XİN rəhbəri vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti